Tərcümə

понедельник, 24 августа 2015 г.

Medvedev Windows 10-nun qadağan olunmasını istəyib

Rusiyada Dövlət Dumasının vitse-spikeri Nikolay Leviçev baş nazir Dmitri Medvedevə müraciət edərək onu Windows 10 kompüter-əməliyyat sistemindən istifadəni qadağan etməyə çağırıb.
Deputat bu kompüter sisteminin dövlət hakimiyyəti orqanlarında, dövlət müəssisə və dövlət elmi strukturlarında qadağanını istəyir.

“Spravedlivaya Rossiya” partiyasının nümayəndəsini narahat edən budur ki, Microsoft bu sistemdən istifadə edənlərin bir sıra təhlükəsizlik məlumatlarını qeyd edəcək.

Bura dövlət qurumlarında istifadə oluinan gizli parollar da daxildir.

Avqustun əvvəllərində “İzvestiya” qəzeti yazırdı ki, Kommunist Partiyasından Vadim Solovyov baş prokuror Yuri Çaykanın adına sorğu göndərib. Bu ərizədə prokurorluqdan Microsoft şirkətinin casusluqla məşğul olub-olmamasının araşdırılması xahiş edilir. BBC Azərbaycan