Tərcümə

суббота, 19 декабря 2015 г.

Eqreb

вторник, 24 ноября 2015 г.

четверг, 8 октября 2015 г.

Sumqayıtda 31 nömrəli məktəbdə pul yığılması qadağan edilib


Bu günlərdə Təhsil Nazirliyi məktəblərdə hər hansı bəhanə ilə pul yiğılmasının yolverilməz olduğunu açıqladı. Sözügedən nazirlik hansısa məktəbdə bu kimi hallara rast gəlindikdə ciddi addım atılacağını, uşaqlardan, valideynlərdən pul yığan müəllim və direktorların işdən azad ediləcəyini bildirdi.

Bütün bunlara baxmayaraq, bizə daxil olan məlumatlara görə "Beynəlxalq Müəllimlər Günü”ndə Sumqayıtda fəaliyyət göstərən bəzi orta məktəblərdə yenə də "pulyığma kampaniyası” "uğurla” həyata keçirilib. Görünür, tabe olduqları nazirliyin xəbərdarlığı hələ də onlara aldıqları "şirinlik” və hədiyyə kimi "dadlı” xüsusiyyətləri unutdura bilmir. Deməli, daha ciddi addımlar atılmalı, müəllim-valideyn münasibətlərinə "şirinlik” və "hədiyyə” kimi neqativ hallar körpü salmamalıdır. Ən acınacaqlısı da odur ki, yığılan pullardan birbaşa direktorlar xəbərdardır və onların xüsusi "payı” var.

Yuxarıda bəhs etdiyimiz mövzu ilə bağlı əməkdaşımız Sumqayıtda nümunəvi təhsil ocağı kimi tanınan Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktoru Xanım Əhmədovaya müraciət edib. X.Əhmədova bildirib ki, istər məlum xəbərdarlıqdan əvvəl, istərsə də sonra rəhbərlik etdiyi məktəbdə pul yığılması qəti qadağan edilib:

"Müəllim peşəsinə və şərəfinə xələl gətirən bu kimi hallar əlbəttə, yolverilməzdir. Mən məktəbimizin müəllimlərinə dəfələrlə tapşırmışam, valideynlərdən xahiş etmişəm ki, bu işdə hamımız birgə mübarizə aparaq, ən xırda nöqsanlara belə yol verməyək”.

Direktor Təhsil Nazirliyinin məlum xəbərdarlığını olduqca vacib və təqdirə layiq hal kimi dəyərləndirdi:

"Kimliyindən asılı olmayaraq, şərəfli müəllim adına ləkə gətirən, xoşagəlmaz hallara yol verən hər kəs işindən azad edilməli, əlbəttə, layiqli cəzasını almalıdır”.

Qeyd edək ki, 2013-cü ildə "İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olan 31 nömrəli tam orta məktəb 2009-2010-cu ildə "Elektron məktəb-Pilot layihəsi”nə qoşulub. Həmçinin 2008-2012-ci illər üçün təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramına əsasən məktəbə yüksək internet xətti çəkilib.

İnanırıq ki, bundan sonra da müəllim adına utanc gətirən hallarla qarşılaşmayacağıq. Balalarımızın təlim-tərbiyəsi ilə məşğul olan, onlara Ana və Vətən kimi ülvi kəlmələri yazdıran müəllimlərimizin xoş sədası, əldə etdikləri nailiyyətləri və qazandıqları uğurları bizi həmişə sevindirəcək, qürurlandıracaq. Axı müəllimlik müqəddəs peşədir.

P.S - belə bir hallarla rastlaşarsınızsa, çəkinmədən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nomreli qaynar xəttinə zəng edib şikayətinizi bildirəsiniz.

пятница, 2 октября 2015 г.

“Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:0

“Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:0 (Birinci hissə)Qol: Riçard Almeyda, 36 (1:0)

Posted by Bizim Yol on 1 октября 2015 г.

вторник, 29 сентября 2015 г.

Sumqayıtda 1C (8.0-8.3) bilen işçi tələb olunur

Sumqayıtda "İnam MMC" mebel fabrikinə 1C proqramında işləməyi bacaran (8.0-8.3 platforması) işci tələb olunur. Ali təhsili olanlara üstünlük veriləcək.Yaş həddi 20-36 arası.Əmək haqqı bilik səviyyəsindən və iş təcrübəsindən aslı olaraq 250-350 arası dəyişir.İş qrafiki : həftənin 6  (1-6) günü saat 09:00 dan - 19:00 qədər.  Ünvan : Sumqayıt ş. 42-ci mk arxası , 46-cı məhəllə.

Əlaqə nömrə : 055 622 00 11 (wt) Samir.

вторник, 1 сентября 2015 г.

Nesta baş məşqçiliyə başladı


"Milan"ın sabiq futbolçusu Alessandro Nesta baş məşqçiliyə başlayıb.

Şimali Amerika futbol liqasında yer alacaq "Mayami"nin baş məşqçisi təyin olunub.

Qeyd edək ki, "Mayami"nin sahiblərində biri A.Nesta "Milan"dakı komanda  yoldaşlarından olan Paolo Maldinidir.

понедельник, 24 августа 2015 г.

Medvedev Windows 10-nun qadağan olunmasını istəyib

Rusiyada Dövlət Dumasının vitse-spikeri Nikolay Leviçev baş nazir Dmitri Medvedevə müraciət edərək onu Windows 10 kompüter-əməliyyat sistemindən istifadəni qadağan etməyə çağırıb.
Deputat bu kompüter sisteminin dövlət hakimiyyəti orqanlarında, dövlət müəssisə və dövlət elmi strukturlarında qadağanını istəyir.

“Spravedlivaya Rossiya” partiyasının nümayəndəsini narahat edən budur ki, Microsoft bu sistemdən istifadə edənlərin bir sıra təhlükəsizlik məlumatlarını qeyd edəcək.

Bura dövlət qurumlarında istifadə oluinan gizli parollar da daxildir.

Avqustun əvvəllərində “İzvestiya” qəzeti yazırdı ki, Kommunist Partiyasından Vadim Solovyov baş prokuror Yuri Çaykanın adına sorğu göndərib. Bu ərizədə prokurorluqdan Microsoft şirkətinin casusluqla məşğul olub-olmamasının araşdırılması xahiş edilir. BBC Azərbaycan

среда, 29 июля 2015 г.

Səyahətə getmək istəyənlərə xəbərdarlıq





"Mədəniyyət və Turizm Nazirliyi səyahətə hazırlaşanlara müraciət edib. Nazirlik vətəndaşlara qeyri - qanuni fəaliyyət göstərən turizm şirkətlərindən istifadə etməməyi tövsiyyə edir.

Nazirliyin yaydığı xəbərdarlıqda deyilir:

Yay mövsümü ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır. Bununla əlaqədar, bir daha əhalinin nəzərinə çatdırırıq ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bununla yanaşı, və yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərsiniz."




пятница, 24 июля 2015 г.

Banklar əhalidən yüz milyonları geri ala bilmir

Problemli kreditlərin həcmi bir neçə ayda dəfələrlə artıb, problemdən çıxış yolu isə yoxdur «Bizim Yol»un əməkdaşı bankları çətin duruma salan rəqəmləri araşdırıb yazdı

Bu ilin fevral ayında baş verən devalvasiyadan ən çox zərər görən sahə bank sektoru olub. Əmanətlərin dollarlaşması, sürətlə geri çəkilməsi, kredit ödəmələrində yubanmalar banklar üçün böyük problemlərə yol açıb. Nəticədə manatla verilən kreditlər üzrə faiz dərəcələri 37-42 faizə qədər yüksəlib, problemli kreditlərin həcmi isə rəsmi olaraq 1,3 milyard manatı ötüb, bankların kapital idarəçiliyində "dollar çoxluğu" çətinliklər yaratmağa başlayıb. 

Bu səbəbdən, Azərbaycan Mərkəzi Bankı yaranmış vəziyyəti tənzimləmək üçün bir sıra qaydalara dəyişiklik etməli olub, hətta bəzi hallarda qanunun ziddinə gedərək qadağalar tətbiq edib. Məsələn, Mərkəzi Bankın son qərarı ilə biznes və istehlak kreditlərinin faktiki illik faiz dərəcələri (FİFD) üçün yuxarı hədd müəyyənləşdirib. Qərara görə, banklar müştərilərə biznes kreditlərini 25 faizdən, istehlak kreditlərini isə 29 faizdən baha verə bilməyəcək. Eyni zamanda komisyon haqları 1 faizdən yüksək ola bilməz. Deməli, son bir həftədə kredit faizlərində nisbətən ucuzlaşma müşahidə edilməli idi.

Sual olunur ki, bütün bu islahatlar  bankların problemli kreditlərini həll edə biləcəkmi? 
Araşdırma apararaq, bankların son durumunu- vaxtı keçmiş kreditlərin vəziyyətini, faiz dərəcələrini endirib-endirməməsini müəyyənləşdirməyə çalışdıq. Təəssüf ki, bu zaman əksər banklar üzrə məlumat qıtlığı ilə üzləşdik. Bir sıra banklar nəinki rüblük, hətta illik hesabatlarını ictimaiyyətə təqdim etmirlər.

Nəzərə çatdıraq ki, indiki həssas durumda vətəndaşlar əmanətlərini daha etibarlı banka yatırmaq istəyilərsə, ilk öncə rüblük maliyyə göstəricilərini açıqlamayan, kapitalın necə idarə edilməsi haqqında məlumat yerləşdirməyən sözügedən maliyyə təşkilatlarına güvənməməlidirlər. Çünki banklar tərəfindən bu göstəriciləri açıqlamaq həm qanun qarşısında, həm də müştəri qarşısında borcludur. Öz borcunu dərk etməyən bank müştərilərinə də məsuliyyətsiz yanaşar. Belə olan halda vətəndaş pulunu maliyyə göstəricilərini gizlədən banka nə üçün etibar edə bilər?
Bəzi bankların maliyyə hesabatlarından əldə etdiyimiz məlumata görə, ilin əvvəli ilə müqayisədə iki rübdə problemli kreditlərin həcmi kəskin artıb. Hətta bəzi banklarda belə borclarda artım 2 dəfəyə yaxındır. 

Kredit faizlərinə gəlincə, AMB-nin təlimatlarına əməl edərək istehlak kreditləri maksimum 29, biznes kreditlərini isə 25 faizə qədər endiriblər. Əlbəttə, ötən illə müqayisədə bahalaşsa da, bu ilin ilk beş ayında nisbətən ucuzlaşma baş verib.   

- Beləliklə, "AccessBank" iyulun 1-dən etibarən özünün istehlak kreditləri üzrə tutulan komissiya haqlarını endirərək kredit məbləğinin 1 faizi səviyyəsində müəyyən edib. Mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini orta hesabla 5 faiz aşağı salaraq, faktiki illik faiz dərəcələrini (FİFD) əhəmiyyətli şəkildə azaldıb. Bankın mikro kreditlər üzrə faiz dərəcələri 20-25 faiz təşkil edir. 
Bankda vaxtı keçmiş kreditlərin həcmi 2.8 dəfə artıb. Bu ilin birinci yarısına dair maliyyə göstəricilərinə görə, problemli kreditlərin  məbləği 21 milyon 660 min manat təşkil edib. Onun ümumi kredit portfelindəki payı 2,3 faizdir. Halbuki 2014-cü il üçün bu rəqəm 7,5 milyon manat olub. Portfeldəki payın cəmi 0.92 faiz…

- "AGBank"ın yanvarın 31-nə olan məlumatına görə, problemli kreditlərinin həcmi 55,6 milyon manat olub. 2014-cü il dekabrın 31-də isə vaxtı keçmiş borcu 49,1 milyon manat təşkil edirdi. Bank bu ilin rüblük hesabatlarını tam təqdim etmədiyinə görə, vaxtı keçmiş kreditlərinin durumunu tam təhlil etmək mümkün deyil.
Sözügedən maliyyə təşkilatının saytında yer alan elana görə istehlak kreditlərin üzrə faktiki illik faiz dərəcələri  maksimum 29 faiz təşkil edir. Komisyon tutulmaları isə 1 faizə salınıb.

- "Azərbaycan Sənaye Bankı"nın cari ilin birinci yarısına aid məlumatında vaxtı keçmiş kreditlərin həcmi 6,5 milyon manat göstərilir ki, bu da ümumi kredit portfelinin 4 faizinə bərabərdir.  Ötən ilin sonunda isə bu rəqəm  6,1 milyon manat olub. (Kredit portfelində xüsusi çəkisi 3.6 faiz təşkil edib). 
İstehlak kreditlərinə gəlincə, növündən asılı olaraq  FİFD 21-27 faiz təşkil edir. Biznes kreditləri isə 18-27 faiz arasında dəyişir. 

- "Bank Of Baku"nun ilin ikinci yarısında vaxtı keçmiş kreditlərinin həcmi 83 milyon manata yüksəlib. Halbuki 2014-cü ilin sonuna görə bu rəqəm 47,8 milyon manat idi. Ən çox kənd təsərrüfatı sektoruna və fiziki şəxslərə verilən kreditlərin qaytarılmasında problem yaşanır. 
Kredit faizləri isə 27.9 faizə qədər düşüb. Biznes kreditlərində faiz dərəcələri 22-25 faiz arasında dəyişir.

- "VTBank"ın bu ilin birinci rübünün göstəricilərinə görə vaxtı keçmiş kreditlərinin ümumi məbləği 41.1 milyon manat təşkil edib ki, bununla portfeldəki xüsusi çəkisi 11.9 faizə qədər yüksəlib. Belə ki, ötən ilin sonunda problemli kreditlərin həcmi 21.2 milyon manat (7.6 faiz)idi.  

- "Expressbank"ın bu ilin birinci rübünə dair maliyyə açıqlamasına görə qaytarılmayan borclarının (kreditlər və lizinqlər) həcmi 3 dəfəyədək artaraq 7.3 milyon manata yüksəlib. Onun bölgüsünə gəlincə, istehlak və biznes kreditləri demək olar ki, bərabərlik təşkil edir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 3.4 milyon manat borc geri qaytarılmayıbsa, fiziki şəxslər tərəfindən qaytarılmayan kreditlərin həcmi 3.4 milyon manat olub. 
Qeyd edək ki, ötən il bankın vaxtı keçmiş kreditlərinin həcmi 2.6 milyon manat təşkil edib. Ən sürətli artım isə biznes kreditlərində özünü göstərir. Həmin vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qaytarılmayan borcu cəmi 119 min manat olub. 
Bankın istehlak kreditlərində müəyyənləşdirdiyi FİFD maksimum 28.9 faizə kimidir. Biznes kreditləri isə 25 faizdir.

- "MuğanBank"da ilin birinci yarısında vaxtı keçmiş kreditlərinin həcmi 19.8 milyon manat təşkil edib ki, kredit portfelindəki həcmi 5.9 faiz olub. Ötən ilin sonunda bu maliyyə göstəricisi 15.7 milyon manat (5,4 faiz) təşkil edirdi. 

- "NBC Bank"ın da problemli kreditlərində artım var. Belə ki, ötən il 6 milyon manat olubsa, bu ilin birinci rübündə 7 milyon manat təşkil edib. 

-"Paşa Bank"ın problemli kreditləri sürətlə artıb. Belə ki 30 iyun 2015-ci il tarixli məlumatına görə vaxtı keçmiş kreditrlərin həcmi 139.1 milyon manat (21.6 faiz) təşkil edib. Halbuki, ötən il dekabrın 31-nə olan statistikada bu rəqəm 34,2 milyon manat (6.3 faiz) olub.

-"UniBank"da isə problemli kreditlərin həcmi ötən il 45.4 milyon manat təşkil edirdisə, bu ilin  yanvar-mart aylarında 52.7 milyon manata qədər yüksəlib. 
Kreditlərin faktiki illik faiz dərəcələrinə gəlincə, 25-27 faiz arasında dəyişir …

Vüsalə RÜSTƏMOVA

вторник, 21 июля 2015 г.

Azərbaycanlı ilahiyyatçı: “Quranın bir səhifəsini yandıraq, görək yanır, yoxsa yanmır”

Tanınmış ilahiyyatçı Elşad Miri teleqraf.com saytına müsahibə verib. Bizimyol.info oxucular üçün maraqlı olacağını nəzərə alıb müsahibədə yer alan fikirləri diqqətinizə çatdırır:

Dini dar olan dindarlar İslamı VII əsrə məhkum eləyirlər

“İlk gündən insan nədisə indi də eynidi. O insanın hissləri nə idisə, indi də eyni hisslərlə yaşayır. Ola bilər, sadəcə, bizim istifadə elədiyimiz alətlər dəyişib. Min il əvvələ baxanda texnologiyada əlbəttə, xeyli irəliləyiş var. Telefon, diktafon və s. Amma insan hissi həmişə eyni olub. Məsələn, sevgi. Sevgi hissi heç vaxt dəyişməyib. İnsan min il əvvəl necə sevirdisə, indi də elə sevir. Mən din xadimi deyiləm. Amma əfsuslar olsun ki, dini dar olan dindarlar İslamı VII əsrə məhkum eləyirlər. İslam dinini günümüzə gətirib çıxara bilmirlər. Bu da müsəlmanların özlərinin problemidi, dinin problemi deyil”.

Quranın tərcümələrində çox ciddi xətalar var

“Mən insan tanıyıram, Quranın tərcüməsini üç dəfə oxuyandan sonra ateist olub. Bu adamla dəfələrlə görüşdüm. Adam nəyi soruşur, deyirəm, bu, Quranda yoxdu. Bu adam mötərizələrdə olanları Quranda olmuş kimi hesab eləyir. Tərcüməçinin öz fikirlərini Allahın sözü kimi qəbul eləyir. Məsələn, Quranın tərcüməsinin şərhində yazılır ki, macar islamşünası Qoldziyerin mülahizəsinə görə burada darvinizmin əlamətləri var. Təsəvvür eləyin, dinlərin hər biri darvinizmi tamamilə inkar edir, amma sən Qurani-Kərimə şərh yazanda belə bir şey edirsən. Bu kimi hallar çoxdu. Quranın tərcümələrində çox ciddi xətalar var. Məsələn, Məsəd surəsini götürək. Deyir ki, Əbu Ləhəbin əlləri qurusun, qurudu da. Qiyamət günü ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı. O, alovlu atəşlər görəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin. Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır. Tutalım, mənim övladım bu surəni oxuyur. Soruşmaz ki, ata, Əbu Ləhəb kimdi? Niyə onun haqqında belə surə gəlib? Niyə orda belə şeylər yazılıb? Təbii ki, soruşacaq. Mən övladıma Əbu Ləhəbin kim olduğunu açıqlamalıyam. Amma VII əsr insanı bilirdi ki, Əbu Ləhəb kimdi və peyğəmbərə hansı zülmləri verib. Bəs günümüzün insanlarına bunu necə çatdıracaqsan? Ona görə də Quranın tərcüməsində səhvlərin olduğunu deyə bilərəm. Yazır ki, Əbu Ləhəbin əlləri qurusun. Allah niyə kiminsə əllərinin qurumağını istəsin? Allah niyə belə bir ifadə işlətsin? Əlləri qurudan kimdi? Heç Əbu Ləhəbin əlləri qurumadı. Surənin gəlişindən sonra 10 il yaşadı. Başqa bir tərəfdən, Quranda heç vaxt ad çəkilməz, ancaq ləqəblər deyilər. Bircə Zeyd adından başqa. Məsələn, Əbu Ləhəbin əsl adı Əbdul Uzzadır. Uzza adlı bütün qulu”.

Necə olur ki, Allah kitab göndərsin, özü də insanların başa düşməməyi üçün? Bu, necə ola bilər?

“Quranı müasir dövrümüzlə əlaqələndirə bilmək üçün əlavə nə qədər şeylər oxuyuram. Elə olur ki, başqa müsəlman ölkələrində tanıdğım alimlərə zəng edirəm, onlardan məsləhətlər alıram. Elə olur ki, təyyarəyə oturub gedirəm, həmin məsələni yerində araşdırmağa çalışıram. Çalışıram və inanıram ki, gözəl bir nəticə alınacaq. Bütün bu şeyləri hər dəfə xırda-xırda gündəmə gətirəndə aləm bir-birinə dəyir. Çünki bu gün islam dünyası kopyalamaq üzərində qurulub. Deyirlər, keçmişdə nə cür idisə indi də elə olsun. Yeni bir fikir yoxdu, islahat yoxdu. Mən isə Qurana əsaslanaraq oradakı ifadələri günümüzlə əlaqələndirirəm. Qeyd etdiyim ifadələri isə özümdən demirəm, danışdıqlarımın hamısını Quranla əsaslandırıram. Buna görə mənə kafir deyirlər, bidət əhli adlandırırlar və s.

Quran müqəddəs kitab deyil. Quran kitabının üstünə nə yazılıb? – Qurani-Kərim. Tövratın üzərinə nə yazılıb? – Müqəddəs kitab. Deməli, müqəddəs kitab Tövratdı, Quran deyil. Çünki müqəddəs kitab sözü kitabın adıdı. Kitabın adı sadəcə, Qurandır, vəssalam. Ümumiyyətlə, Allahdan başqa müqəddəs heç kim və heç nə yoxdu. Mən sənin Çin dilini bilmədiyini bilirəm. Və götürüb sənə Çin dilində mesajlar yazıram. Sən də oxuyursan, deyirsən, axı Elşad bilir ki, mən Çin dilini bilmirəm. Bəs bu mesajları mənə niyə yazır? Mən sənə mesaj yazıramsa, deməli, bir-birimizi başa düşmək üçün yazıram. Gəl filan saatda filan yerdə görüşək və s. Bəs necə olur ki, Allah kitab göndərsin, özü də insanların başa düşməməyi üçün? Bu, necə ola bilər? Əstəğfirullah, Allah insana ötəri yanaşır? İnsanların başa düşməməsi üçün kitab göndərir? Təsəvvür elə ki, yol hərəkət qaydaları qoyurlar, amma o qaydaları başa düşmək üçün heç bir kitab yoxdu. Bilmirsən ox işarəsi nədi-filan. Necə ola bilər bu? Qurani-Kərimin 11-ci surəsinin 1-ci ayəsində deyilir ki, Allah bütün bunları müfəssəl izah edilmiş bir kitabda yazır. Yəni Allah bu kitabı müfəssəl izah eləyib. Bəs sən nə axtarırsan? Sadəcə, bunları gözəl bilmək lazımdır ki, bir-biri ilə əlaqələndirib gözəl anlıyasan. Məsələ bundadı.

Gəl, götürüb Quranın bir səhifəsini yandıraq, görək, yanır, yoxsa, yanmır, əlbəttə, yanacaq

“Saytlar yazır ki, ev yandı, amma Quran yanmadı. İnsanlar deyir, Quran müqəddəsdi, ona görə yanmayıb. Boş söhbətdi. İstənilən açılmayan kitabın içi yanmır. Vərəqlərin arasına oksigen girmirsə, o kitab yanmır. Amma demirsən, Quran möcüzədi? Gəl, götürüb Quranın bir səhifəsini yandıraq, görək, yanır, yoxsa, yanmır. Əlbəttə, yanacaq. Möcüzədisə yanmasın da. Axı niyə yanmasın ki? Quran kitabı da adi kağızdandı. Və yaxud Quranı ilk dəfə yandıran elə müsəlmanları özləri olub. Hətta müsəlmanlar bir-birləri ilə savaşanda əyinlərindəki dərinin üzərinə Quran ayələrini qoyurdular ki, qarşı tərəf bunları vurmasın. Hiylə işlədirdilər. Qurandan bu cür istifadə edirdilər”.

Quranı götürüb gəlinin qarnının üstünə qoyurlar ki, uşaq doğsun. Quran ginekoloji bir kitab deyil ki…

“Bu gün Quranı qəşəng bahalı bir parçaya bağlayıb evin ən yuxarı yerinə qoyurlar. Axı Quran bu şeylər üçün gəlməyib. Quran sənin başının ucunda olan bir kitab olmalıdı ki, tez-tez oxuyasan, görəsən ki, nə yazıblar. Təsəvvür elə ki, telefonuna mesaj gəlib. Açıb o mesajı oxuyursan. Qardaş, Allah da bizə 6236 dənə sms göndərib. Açıb bu smsləri oxuyaq, görək nə yazılıb. Allah bu insanları yaradıb özbaşına buraxmayıb. Bir kitab da verib ki, oxuyun və həyatınızı düzgün istiqamətləndirin. Allah deməyib ki, bu kitabı bahalı bir parçaya bük qoy evin yuxarı bir yerinə. Yaxud da Quranı götürüb gəlinin qarnının üstünə qoyurlar ki, uşaq doğsun. Quran ginekoloji bir kitab deyil ki… Bu yaxında umrə ziyarətinə getmişdim. Gördüm, qadın qızının paltarını gətirib Kəbəyə sürtür. Soruşdum, niyə belə eləyirsən? Deyir, qızım qayıdanda doğsun. Mən başa düşmürəm, Kəbə qadın xəstəxanası-zaddı, yoxsa ginekologiya mərkəzidi? Bu, nə təfəkkürdü? Axı dinə niyə belə yanaşırsınız? Ocaqlar, pirlər, seyidlər… Biri özündən şey çıxar ki, məsələn, filankəs ağanın cəddi. Qardaş, ağanın cəddi olsaydı, əvvəlcə özünü düzəldərdi də, bəs ömür boyu niyə əyri qalırdı?”

Quranın bir ayəsini qəbul eləməyən kafirdi

“Mənim Quranda qəbul eləmədiyim heç bir cəhət yoxdu. Mən uzun illər ilahiyyat oxumuşam. Orta məktəbdə də, universitetdə də, magistraturada da. İlahiyyatdan universitetdə dərs də demişəm. Və çox sonralar Quranı həqiqətən sevməyə başlamışam. Başa düşdüm ki, Quran əzbərləmək üçün göndərilməyib, dərk edib yaşamaq üçün göndərilib. Mən kiməm ki, Quranı qəbul eləməyim? Dinimizə görə Quranın bir ayəsini qəbul eləməyən kafirdi. Kafir Allahın yaratdığı haqqın üstünü örtən deməkdi. Mən çox insanlarla görüşmüşəm. Xarici ölkələrdə də, öz ölkəmizin ateistləri ilə də. Düzü, Azərbaycanda düz-əməlli atesit yoxdu, sözüm onda deyil. Görüşdüyüm insanlar nə dəlil, nə sübut gətirməyə çalışırlarsa hamısına cavab verib izah eləyirəm. Çaşıb qalırlar ki, biz belə bilmirdik axı. Deyirlər, filankəsin kitabında niyə belə yazıblar bəs? Deyirəm, ay qardaş, axı sən niyə filan kitabı Quran ayəsindən yaxşı qəbul eləyirsən? Axı Quranda deyilən hər bir şeyin izahı da verilib”.

Biz Quranı ölü üçün oxunan kitab halına gətirmişik

“Quran tam kitab halında göydən düşməyib. Quran vəhydir. Vəhy Allahla peyğəmbər arasında olan ünsiyyət vasitəsidir. Vəhyin müxtəlif formaları olur. Peyğəmbərə vəhy gəlib, onun da qırxdan çox vəhy katibləri olub, həmin insanlara bu kitabı yazdırıb. Yazandan sonra təzədən peyğəmbərə oxuyublar, səhvlər varsa təzədən düzəldiblər, redaktə eləyiblər, vəssalam. Bu kitab hazır formada göydən düşməyib. Allah tərəfindən mələk vasitəsilə Peyğəmbərinə göndərilib.

Quran insan həyatına həsr olunmuş bir kitabdı. Yəni insan həyatının ilk anından qocalıb ölənə kimi Quranla ünsiyyət qurub ordan nəsə öyrənə bilər. Quranda başqa əsərlər kimi sujet, kulminasiya yoxdu. Peyğəmbər vəfat eləyəndən sonra Quranı cildləyirlər, vəssalam. Qurtardı. Sonra dünyada islam ölkələri artıqca o kitabın kserokopiyasını çıxarıb bir-bir göndəriblər. İndi də dünyaının bir çox yerlərində həmin nüxsələr durur. Misrda, Konstantinopolda, Hindistanda… Biz bu kitabı açırıq, oxuyuruq, sonra üfürürük və bağlayırıq. Vəssalam, getdi filankəsin ruhuna. Biz Quranı ölü üçün oxunan kitab halına gətirmişik. Qardaş, biz bu kitabdan uzaqlaşmışıq”.

“İŞİD-in elədiklərinin heç birinin islama dəxli yoxdu”

Avropa insanların uydurduğu, təhrif olunmuş xristanlıqdan xilas olmağın yolunu tutdu. Xristianlıq katoliklər, prosovlar, və protestantlara ayrıldı. Protestanlığın yüzlərlə qolu vardı, heç biri də bir-birini qəbul eləmirdi, papa öz kralını təyin eləyirdi və s. Avropa bunlardan ayrıldı. Əfsuslar olsun ki, bu gün müsəlmanlar Allahın endirdiyi dini yox, insanların uydurduqları dini yaşayırlar. Biz rəvayətlərin arxasınca gedirik, ona görə də geridə qalmışıq və insanlarımızın məsələrə bədbin baxdıqlarının şahidi oluruq. İŞİD-in elədiklərinin heç birinin islama dəxli yoxdu. Sadəcə, islama təqdim olunan formasını İŞİD həyata keçirir. Yaxud da, müəyyən dövrlərdə islamla əlaqədar rəvayətləri tətbiq eləyirlər. İslam yeganə dindi ki, adı sülh deməkdi. Bir dinin adı əmin-amanlıq deməkdisə səndən aman istəyən insanı necə öldürə bilərsən? Yaxud da peyğəmbərin dövründə din uğrunda döyüşlərdə ölən insanların sayı 200-300-ü keçmir. Bəs birinci və ikinci dünya müharibələrində ölən insanların sayı nə qədərdi? Əlbəttə, bu say milyonlarla ölçülür. Bunudamı müsəlmanlar eləyib? Niyə biz bu ölkələrin birinə terror ölkəsi demirik? Amma müsəlman ölkələri haqqında terror imici yaradıblar. Bunlar hamısı düşünülmüş planlardı. İslam dini heç bir halda insan ölümünü istəmir. Quranda bu barədə surə də var. Deyir, bir insanı öldürmək bütün bəşəri öldürməyə bərabərdi. Bir insanı xilas eləmək bütün bəşəri xilas eləmək kimidi. Dinimizdə intiqam yox, qisas məsələsi var. İxtiyarım çatmır ki, o, mənim atamı öldürübsə, mən də onun atasını öldürüm. Məhkəmə qurulur. Məhkəməyə bir xeyli də ara verilir ki, bəlkə mənim emosiyalarım, hirsim soyuyar. Bundan sonra şahidlərin iştirak ilə o adama ölüm hökmü verilir. Amma Allah deyir ki, bağışlasanız, sizin üçün daha yaxşıdı.

четверг, 18 июня 2015 г.

Ağıllı,sadə bir ideya ilə SAMSUNG bir gün yolda minlərlə insanı xilas edə bilər

Statistikaya görə, yol-nəqliyyat hadisələrinin təxminən 80 faizi səhv ötmə səbəbiylə baş verir.
Bu tip qəzaların qarşısını almağ üçün SAMSUNG sadə bir ideyayla gündəmə gəlib.

Qarşıda gedən tır , qarşısındakı görüntünü videoreqistratorla arxaya görüntü olaraq manitora ötürür və tırın arxasında gələn maşın tırın qabağını asanlıqla görüb normal ötmə edə bilir.

                                                            SAMASUNG idea videosu

четверг, 11 июня 2015 г.

ABŞ dolların bahalaşmasından ziyan çəkir

Amerika məhsulları və xidmətləri dünya bazarlarında problemlərlə üzləşməyə başlayıb

Dolların digər valyutalara nisbətən bahalaşması ABŞ iqtisadiyyatına mənfi təsirlər göstərir. Beynəlxalq analitiklər hesab edir ki, dolların bahalaşması Amerika ixracının zəifləməsinə, idxalın artmasına təkan verir. Buna səbəb isə valyutanın bahalaşması ilə əlaqədar ABŞ mallarının və xidmətlərinin dünya birjalarında rəqabətə davamlılığının zəifləməsidir. Əlbəttə, bundan ən böyük narazı olan təbəqə iş adamlarıdır. Onların istehsal etdikləri məhsullar baha başa gəldiyinə görə, dünya bazarında rəqabətə davam gətirə bilmir.   

Artıq dollar ətrafında yaranan gərginliyi ABŞ Prezidenti Barak Obama da dilə gətirib. Banker.az-ın yazdığına görə ABŞ  prezidenti dollar məzənnəsinin əsas dünya valyutalarına qarşı möhkəmlənməsi ilə bağlı narahatlığını bildirib.

Böyük yeddiliklərin (GT) sammitində çıxış edən Obama deyib ki, Yunanıstanla həll edilməmiş məsələlər də daxil olmaqla geoloji risklər maliyyə bazarlarında qeyri-sabitlik yaradır ki, bu da faiz dərəcələrinə təsir edir. Dolların güclənməsi isə problemi daha da böyüdür.

Qeyd edək ki , ABŞ-ın Mərkəzi Bankı (FED) 2013-cü ilin dekabrından etibarən dollar çapına məhdudiyyətlər qoyduqdan sonra sözügedən valyutanın dünya bazarında möhkəmlənməsi prosesinə start verib. O zaman FED bu qərarı iqtisadi inkişaf tempinin yüksəlməsi, işsizliyin aşağı düşməsi, inflyasiyanın azalması ilə əlaqələndirdi. Bundan sonra uçot dərəcələrini artıracağı ilə bağlı açıqlama versələr də, bu aya kimi qərarı ertələməli olublar. FED faiz artımına inlfyasiyanın aşağı - 2 faiz həddinə düşəcəyi təqdirdə gedəcəyini vurğuladı. Əgər 2017-ci ilə qədər inflyasiya proqnozuna dair hər hansı bir təhdid çıxmazsa, o zaman faiz artımına gedəcəyini qeyd edir. Analitiklər hesab edir ki, Çin və Avropa maliyyə bazarında nisbətən sabitləşmə yaranarsa, iqtisadiyyatda artım baş verərsə, o zaman ABŞ sentyabr ayında faiz dərəcələrini artıra bilər. Əks təqdirdə 2015-ci ildə bu prosesi gözləməyə dəyməz. 

Qeyd edək ki, dolların bahalaşması Azərbaycana da müəyyən təsirlər göstərməyə başlayıb. Belə ki, neftin qiymətinin aşağı düşməsi, digər tərəfdən dolların bahalaşması manatın devalvasiyasına gətirib çıxardı. İxracın 95 faizini neft və neft məhsulları təşkil etdiyinə görə "qara qızıl"ın, hətta yanvar -fevral aylarında 50 dollardan aşağı düşməsi gəlirlərimizi azaltdı. Bunun fonunda isə dolların bahalaşması manatın kursuna qarşı təzyiqləri artırdı. Nəticədə Azərbaycan Mərkəzi Bankı 34 faizlik devalvasiyaya gedərək, aktivlərin azalmasının qarşısını almağa çalışdı. 
Ekspertlərin fikrincə, bundan sonrakı proseslər, xüsusilə Azərbaycana təsirlər daha çox neftin qiymətinin necə dəyişməsindən asılıdır.

понедельник, 8 июня 2015 г.

Mübarək Ramazan ayı

Builki hesablamalara əsasən, Ramazan ayının 1-i bizim təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i  bizim təqvimlə iyul ayının 18-nə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.




среда, 3 июня 2015 г.

Sumqayıtda İnsan Alverinə Qarşı Mübarizə tədbiri


Əziz dostlar.
Bu ayın 4-ü , yəni sabah Sumqayıt şəhəri 1-ci mk, ev 45B (Rusiya kinoteatrı ilə üzbə-üz yolun digər tərəfində , yenitikili binanın 1-ci mərtəbəsində) unvanında yerləşən Qadın TəşəbbüsüSosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin ofisində tədbir təşkil ediləcək. Tədbirin mövzusu - İnsan Alverinə Qarşı Mübarizə. Hüquqi və Psixoloji Xidmətlərin təşkili. 


Tədbir saat 11:00-da başlayacaq.
Dəvətlisiniz ...


Hörmətlə Emil Maqalov

Windows 10


четверг, 21 мая 2015 г.

Əmək yarmarkası Sumqayıtda


Sabah 22.05.2015 tarixində , saat 09:00-dan  11:00-dək Sumqayıt Dövlət Universitetinin I-ci korpusunda əmək yarmarkası təşkil olunacaq.Bu məlumatı Sumqayıtlılarım üçün paylaşdım ki , azından işsiz olan insanlarımız yaxınlaşıb iş üçün müraciət etsinlər.Ümidinizi itirməyin,yaxınlaşın müraciət edin.Ola bilsinki özünüzə aid uyğun bir iş tapdınız.Hər kəsə uğurlar.



воскресенье, 17 мая 2015 г.

Wi-Fi adın gizlətmək


Evinizdə internet modemdə wi-fi adını gizlədinki başqaları xakerlik edib sizin internetinizdən istifadə etməsin.Loru dildə desək mədəni ogrulardan qorunmaq üçün sizlərə video rolik hazırladım.


пятница, 1 мая 2015 г.

Cibinizə uyğun dünyanın istənilən ölkəsinə səyahət https://www.fireflies.com/

Bloqumu izləyən hər kəsi bir daha salamlayıram.
Bugün əziz dostum və eyni zamanda sinif yoldaşım Salman Mamedzadənin sizlərə təklif etdiyi turizim paketlərindən məlumat
verəcəm.Dostum artıq bir ilə yaxındır ki, bu turuzim lahiyyəsində çalışır.Bu lahiyyəyə cox böyük sərmayə qoyulub və hal-hazırda günümüzün aktuallığına uyğun bir şəkildə formalaşdırılıb.Ümumi anlayış və məlumatlar olsun deyə, bu linkə                                                     girib baxa bilersiz                

https://www.fireflies.com/

Burda dünyanın istənilən ölkəsində sizin cibinizə uyğun otellər tapmağ və bron etmək daha rahatdır.Bu proqram vasitəsiylə səyahətə çıxanlar günün istənilən vaxtı 24 saat erzində təhlükəsizlik xidmətinin qaynar xətdiylə     dünyanın istənilən yerindən daim əlaqə saxlamaq imkanı vardır.

Daha ətraflı nəyisə öyrənmək istəsəniz Salman bəylə və yaxud mənimlə əlaqə saxlaya bilərsiniz.

Mob : +994552550898 Salman Mamedzadə
Mob : +994556220011 Samir Bayramov

  

среда, 29 апреля 2015 г.

Ümummilli Liderin xatirəsinə həsr edilmiş turnir keçiriləcək

"Sumqayıt" Futbol Klubunun təşəbbüsü, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat və həvəskar komandalar arasında futbol turniri təşkil ediləcək. Yarışda 12 komanda mübarizə aparacaq. Aprelin 30-da start götürəcək turnirin oyunları "Kapital Bank Arena"da keçiriləcək.

воскресенье, 26 апреля 2015 г.

İsmayılzadə Əlican

Bugun dostumuz Nuhunun kicik qardasi 
İsmayılzadə Əlican (leqebi İbiş), umummilli lider 
Heyder Eliyevin 92 illik yubileyine hesr olunmus 
2003/2005-ci il tevelludlu yeniyetmeler arasinda 2 sayli 
UGIM-nin cudo gulesi uzre birinciliyinde 46 kq ceki 
derecesinde 1-ci yeri tumusdur.



Dori-Meri ailesi İbişi tebrik edir ve gelecekde ona                       daim ugurlar arzu edir ...

вторник, 21 апреля 2015 г.

Haci Zeynalabdin Tagiyev

         
Hacı Zeynalabdin Tağıyev, Almaniyada səfər zamanı orada yerləşən bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir.
Şəkillərdən də gördüyünüz kimi Hacının üzündə həmişə saqqal olardı və o restorana daxil olaraq künc masalarından birini seçərək əyləşir. Gözləyir… Ancaq xidmətçi ona yaxınlaşmır. Səbəb olaraq isə xidmətçi Hacının xarici görünüşünü görüb onu yoldan keçən və ya aşağı təbəqəli şərqdən gələn bir insan kimi qəbul edir. Sonda özü onu səsləmək qərarına gəlir. Səslədikdən sonra xidmətçi ona hay verir və indicə yaxınlaşacağını söyləyir. Hacı səbr edir, ancaq xidmətçi yaxınlaşmır. Qərara gəlir ki, restoranı tərk etsin. Belə də olur. Hacı gəldiyi kimi də nahar etmədən restoranı tərk edir. Bir müddətdən sonra restoran rəhbərliyi xəbər tutur ki, onların saqqallı və şərq görünüşlü qonağı Bakıdan gələn bir millionerdir. Cəld ağanın arxasınca bir elçi göndərirlər. Ağanı restorana gətirərək ondan üzr istəyirlər və onunçün 20 nəfərlik bir masa açıb müxtəlif təamlarla bəzəyirlər. Hacı soruşur:
— Bu masanın bir günlük qiyməti nə qədərdir?
— Rəhbərlik hesablayır və cavab verir.
— Bəs 1 həftəlik?
— Yenə hesablayıb cavab verirlər.
— Bəs 1 aylıq?
...
— Bəs 1 illik?
— Bəs 100 illik?
Rəhbərlik suallardan son dərəcə çaşqın olsalar da hesablayıb cavab verirlər.
Hacının sualları əbəs olmur. O, restoran rəhbərliyi ilə 100 illik müqavilə imzalayır və müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı bax, elə belə bir masa ətrafında təmannasız yeyib-içə bilsin. Və belə də olur. Həmin restoran 100 ilərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edir və yalnız 2011-ci ilinYanvar ayında- müqavilənin bitmə tarixində, Almaniya səfirliyi Azərbaycan səfirliyinə
məktub yazaraq qeyd edir ki, 1911-ci ildə sizdən bir azərbaycanlı belə bir 100 illik müqavilə imzalamışdır. İndi aranızda bu müqaviləni uzadacaq biri varmı?

Qiz burcu

Avqust 23 – Sentyabr 22
İdarəçi planetləri olduğu üçün həmişə məlumat axtararlar. Zəkalarını özlərinə köməkçi olan bir xidmətçi kimi görərlər. Bu səbəblə Qız bürcünü təyin edən söz “Araşdıraram”-dır.
Qızlar çalışqan və praktik insanlar olub, həyatlarındakı ən əhəmiyyətli mövzu İş ‘dir. Güvəndikləri kəslərə kömək etməyi sevmələrinə baxmayaraq, inanmadıqları və tənbəl olduqlarını bildikləri kəslərə qarşı soyuq davranarlar. Həyatları boyunca dayanmadan çalışırlar. Onların istirahət etmə forması belə başqalarına yorucu gələ bilər.
Qızlar həyatda detallar arasında boğulma riskləri həmişə vardır. Belə anlarda belə, öz üsulları ilə etdikləri işlərdə təsadüfi şeylər olabiləcəyini qəbul etməzlər. Qızlar, ümumiyyətlə heç kəsə özlərindən istifadə etdirmələrinə imkan verməzlər, sərhədlərini təyin edərək ‘xeyr’ deməsini bilərlər. Qənaətcillikləri bəzən xəsislik dərəcəsindədir. Cox yaxın olmağı sevmədikləri üçün, soyuq və məsafəli bir görünüşləri vardır.
Müsbət yanları
  • Analizcilik
  • Dostluq
  • Diqqət
  • Ustalıq
  • Cana yaxınlıq
  • Təmizlik
  • Vasvasılıq
  • Təvazökarlıq
  • Geyim marağı
  • Hesab başı
  • Zarafatlı danışma
  • Yaxşılıq istəyi
Mənfi yanları
  • Xəstəlik xəstəsi
  • İşgüzar
  • Tələsikçi
  • Həddindən artıq tənqidçi
  • Həddindən artıq vasvası
  • Asan bəyənməz
  • Ənənələrə möhkəm bağlı
  • Həddindən artıq maraqlı
Qızlar Bürcü Qadını
Qız bürcü qadını məsuliyyət sahibi, idealist, ehtiraslı, nəzakətli, detalçı və həssasdır. Vasvasıdır və ən kiçik detallara diqqət edən quruluşuyla diqqət çəkər. İstiqanlı quruluşuyla evinə uşaqlarına çox düşkündür. Evinə vaxt ayırmaqdan çox kef alar.
Qız bürcü qadını xoş yumoruyla dostları tərəfindən sevilər və çox sayda yoldaşı vardır. Yumor anlayışı olduqca inkişaf etmişdir.
Qız bürcü qadını çalışqan və əzmlidir. Məsuliyyətlərini sonuna qədər yerinə yetirər. Bacarmaq üçün əlindən gələn bütün səyi göstərər. Praktik olması səbəbiylə hadisələrə anında müdaxilə edə bilməkdədir. Digər bir tərəfdən küsəyən bir quruluşu vardır. Cox asan inciyə bilər və darıldığı adamı dərhal bağışlaya bilməz. Kinli deyil lakin dərhal da unuda bilməz.
Ağıllı Qız bürcü qadını problemləri ən məntiqli şəkildə sonuca çatdırar. Ədalət və mərhəmət duyğusu çox inkişaf etmişdir. İkili əlaqələrdə sadiq və anlayışlı bir partner olar. Mükəmməliyətçidir və əlaqəsinə sahib çıxar. Özünə həyatı xoş bir şəkildə təqdim edən şəfqətli və mehriban bir kişilə ömürünün sonuna qədər xoşbəxt ola bilər. Uşaqları sevər və ən yaxşı şəkildə öyrədər. Həyatı idarə edə bilmək ona güvən verər.
Qızlar Bürcü Kişisi
Qız bürcü kişisi inadçı, vasvası, detalçı və məntiqli quruluşuyla diqqət çəkər. Xoş və mehriban bir yumor hissi var. Daim baxımlı və xoş görünməyə diqqət edər. Ehtiraslı və çalışqandır. Pul mövzusunda tutumludur.
Qız bürcü kişisi ətrafındakı mənfilikləri sözünü çəkinmədə tənqid edə bilər. Tənqidi sevər. Çox açıq sözlüdür. Düşüncəli olmasına baxmayaraq xoşuna gəlməyən şeyləri birbaşa və dəqiq olaraq söyləyər və incidici ola bilər. Təmizlik onun üçün çox əhəmiyyətlidir. Bəzən həddindən artığa qaçacaq dərəcədə vasvası ola bilər.
Şən və canlı bir xarakter sərgiləyir. Problemlərlə asanlıqla baş edə bilər. Müvəffəqiyyət onun üçün olmazsa olmazlardandır. Nizamsızlıqdan xoşlanmaz. Her şeyin yerli yerində olmasından həzz alar.
Qız bürcü kişisi qarşı cinsdə nəzakət və nəzakətliliyə ən az təmizlik qədər əhəmiyyət verər. Aşiq olmaqdan qorxar, lakin sevdiyi zaman da sadiq bir kişi olar. Sevdiyi adamla dost olmaq istər. Evlilikdə düşüncəli və hörmətli bir yoldaş olar. Uşaqlara çox düşkün olmamaqla birlikdə yaxşı və məsuliyyət sahibi bir ata olacaq
Qız və Eşq
Qız bürcünün üzvləri yaxşı çıxış qabiliyyətinə sahib insanları sevər. Qız ünsiyyət qurmağı, ətrafında ağıllı, intellektual və sakit insanların olmasını istər. Irəliləyəcək bir münasibətin təməlini ata bilmək üçün, Qız ilə görüşərkən sakit və keyfiyyətli bir yer seçmək lazımdır. Qızın seçiciliğini göz önünə alaraq, sağlam yeməklərin, səssiz, sakit və romantik bir musiqinin olduğu bir restoran olduqca uyğundur. Qız olduqca maraqlı və hər mövzunu rahatlıqla müzakirə edən, xüsusilə intellektual alış-veriş üçün çox uyğun bir insandır. Lakin daha ilk günlərdən gizli, məhrəm mövzuların danışılmaması, sirlərin paylaşılmasından, problemlərin ortaya tökülməsindən xoşlanmaz.
Münasibətlərdə Qızın ilk gündən etibarən təqdir etməsi ya da yüksəltməsi mümkün deyil. Tənqidə uyğun olan quruluşu, ancaq gerçəklərdən əmin olduqdan, ölçüb biçtikten və möhkəm bir qiymətləndirmədən keçirdikdən sonra tətmin ola bilər. Ancaq Qız özündən hər hansı bir fikir və ya tövsiyə istənildiyi zaman, mövzu haqqında bütün bildiklərini bütün açıqlığıyla paylaşar.

Letife

Bundan cox-cox evveller Bir qarisqa var imis. 
Bu qarisqa Diger qarisqalari yigir ve deyir. 
-Bele olmaz,gelin Bu fili oldurek.Hemise Gezende Yuvamizi dagidir. 
Diger Qarisqalarda razilasirlar. 
Silahlanirlar.Biri Balta Biri dehre Digeri Yaba ve s goturub gedirler fili oldurmeye. 
Gedib gorurler fil yatib.Cixirlar ustune baslayirlar Zerbeler vurmaga. 
Filin qidigi gelir durur ayaga .Duran kimi Butun qarisqalar tokulur yere. 
Bir dene qarisqa Boynunnan asilib qalir. 
Asagidakilar Baslayirlar qisqirmaga. 
CONi BOG ONU BOG...

En sevdiklerim

En cox dinlediyim ve sevdiyim mugenniler ve musiqiler bunlardir :
Enrique Iglesias , Dan Balan , Marc Antoni , Enigma , Gokhan Kirdar ,Roya Ayxan ve sair.
En sevdiyim real oyunlar :
Futbol , tenis , mafiya , saxmat , ve s.

En sevdiyim virtual oyunlar :
Playstation futbol, Tomb Raider , ve PC flash games.

En cox sevdiyim kinolar :
Kutrlar Vadisi , Yol ehvalati , Nevernaya , Gladiator , Troya ve s.

En cox sevdiyim mesguliyyet:
Futbol ve Seks