Tərcümə

четверг, 18 июня 2015 г.

Ağıllı,sadə bir ideya ilə SAMSUNG bir gün yolda minlərlə insanı xilas edə bilər

Statistikaya görə, yol-nəqliyyat hadisələrinin təxminən 80 faizi səhv ötmə səbəbiylə baş verir.
Bu tip qəzaların qarşısını almağ üçün SAMSUNG sadə bir ideyayla gündəmə gəlib.

Qarşıda gedən tır , qarşısındakı görüntünü videoreqistratorla arxaya görüntü olaraq manitora ötürür və tırın arxasında gələn maşın tırın qabağını asanlıqla görüb normal ötmə edə bilir.

                                                            SAMASUNG idea videosu

четверг, 11 июня 2015 г.

ABŞ dolların bahalaşmasından ziyan çəkir

Amerika məhsulları və xidmətləri dünya bazarlarında problemlərlə üzləşməyə başlayıb

Dolların digər valyutalara nisbətən bahalaşması ABŞ iqtisadiyyatına mənfi təsirlər göstərir. Beynəlxalq analitiklər hesab edir ki, dolların bahalaşması Amerika ixracının zəifləməsinə, idxalın artmasına təkan verir. Buna səbəb isə valyutanın bahalaşması ilə əlaqədar ABŞ mallarının və xidmətlərinin dünya birjalarında rəqabətə davamlılığının zəifləməsidir. Əlbəttə, bundan ən böyük narazı olan təbəqə iş adamlarıdır. Onların istehsal etdikləri məhsullar baha başa gəldiyinə görə, dünya bazarında rəqabətə davam gətirə bilmir.   

Artıq dollar ətrafında yaranan gərginliyi ABŞ Prezidenti Barak Obama da dilə gətirib. Banker.az-ın yazdığına görə ABŞ  prezidenti dollar məzənnəsinin əsas dünya valyutalarına qarşı möhkəmlənməsi ilə bağlı narahatlığını bildirib.

Böyük yeddiliklərin (GT) sammitində çıxış edən Obama deyib ki, Yunanıstanla həll edilməmiş məsələlər də daxil olmaqla geoloji risklər maliyyə bazarlarında qeyri-sabitlik yaradır ki, bu da faiz dərəcələrinə təsir edir. Dolların güclənməsi isə problemi daha da böyüdür.

Qeyd edək ki , ABŞ-ın Mərkəzi Bankı (FED) 2013-cü ilin dekabrından etibarən dollar çapına məhdudiyyətlər qoyduqdan sonra sözügedən valyutanın dünya bazarında möhkəmlənməsi prosesinə start verib. O zaman FED bu qərarı iqtisadi inkişaf tempinin yüksəlməsi, işsizliyin aşağı düşməsi, inflyasiyanın azalması ilə əlaqələndirdi. Bundan sonra uçot dərəcələrini artıracağı ilə bağlı açıqlama versələr də, bu aya kimi qərarı ertələməli olublar. FED faiz artımına inlfyasiyanın aşağı - 2 faiz həddinə düşəcəyi təqdirdə gedəcəyini vurğuladı. Əgər 2017-ci ilə qədər inflyasiya proqnozuna dair hər hansı bir təhdid çıxmazsa, o zaman faiz artımına gedəcəyini qeyd edir. Analitiklər hesab edir ki, Çin və Avropa maliyyə bazarında nisbətən sabitləşmə yaranarsa, iqtisadiyyatda artım baş verərsə, o zaman ABŞ sentyabr ayında faiz dərəcələrini artıra bilər. Əks təqdirdə 2015-ci ildə bu prosesi gözləməyə dəyməz. 

Qeyd edək ki, dolların bahalaşması Azərbaycana da müəyyən təsirlər göstərməyə başlayıb. Belə ki, neftin qiymətinin aşağı düşməsi, digər tərəfdən dolların bahalaşması manatın devalvasiyasına gətirib çıxardı. İxracın 95 faizini neft və neft məhsulları təşkil etdiyinə görə "qara qızıl"ın, hətta yanvar -fevral aylarında 50 dollardan aşağı düşməsi gəlirlərimizi azaltdı. Bunun fonunda isə dolların bahalaşması manatın kursuna qarşı təzyiqləri artırdı. Nəticədə Azərbaycan Mərkəzi Bankı 34 faizlik devalvasiyaya gedərək, aktivlərin azalmasının qarşısını almağa çalışdı. 
Ekspertlərin fikrincə, bundan sonrakı proseslər, xüsusilə Azərbaycana təsirlər daha çox neftin qiymətinin necə dəyişməsindən asılıdır.

понедельник, 8 июня 2015 г.

Mübarək Ramazan ayı

Builki hesablamalara əsasən, Ramazan ayının 1-i bizim təqvimlə 18 iyun 2015-ci ilə təsadüf edir. Ramazan bayramı Şəvval ayının 1-i  bizim təqvimlə iyul ayının 18-nə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.




среда, 3 июня 2015 г.

Sumqayıtda İnsan Alverinə Qarşı Mübarizə tədbiri


Əziz dostlar.
Bu ayın 4-ü , yəni sabah Sumqayıt şəhəri 1-ci mk, ev 45B (Rusiya kinoteatrı ilə üzbə-üz yolun digər tərəfində , yenitikili binanın 1-ci mərtəbəsində) unvanında yerləşən Qadın TəşəbbüsüSosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin ofisində tədbir təşkil ediləcək. Tədbirin mövzusu - İnsan Alverinə Qarşı Mübarizə. Hüquqi və Psixoloji Xidmətlərin təşkili. 


Tədbir saat 11:00-da başlayacaq.
Dəvətlisiniz ...


Hörmətlə Emil Maqalov

Windows 10