Tərcümə

среда, 29 апреля 2015 г.

Ümummilli Liderin xatirəsinə həsr edilmiş turnir keçiriləcək

"Sumqayıt" Futbol Klubunun təşəbbüsü, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat və həvəskar komandalar arasında futbol turniri təşkil ediləcək. Yarışda 12 komanda mübarizə aparacaq. Aprelin 30-da start götürəcək turnirin oyunları "Kapital Bank Arena"da keçiriləcək.


Turnirin püşkatma mərasimi keçirilib

Bu gün "Kapital Bank Arena"da "Sumqayıt" Futbol Klubunun təşəbbüsü, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat və həvəskar komandalar arasında futbol turnirinin püşkatma mərasimi keçirilib. Əvvəlcədən məlumat verdiyimiz kimi yarışda 12 komanda mübarizə aparacaq. Aprelin 30-da turnirin açılış mərasimi keçiriləcək. Püşkatmanın nəticələri ilə sizi tanış edirik.

A Qrupu1. Sumqayıt Qaz İstismar İdarəsinin komandası
2. Etilen-polietilen zavodunun komandası 
3. Sumqayıtın veteranlardan ibarət komandası

B qrupu1. "Gənclik"
2. FHN-in Sumqayıt Regional Mərkəzinin komandası
3. Sumqayıt Şəhər Baş Polis İdarəsinin komandası

C qrupu1. N saylı hərbi hissənin zabitlərdən ibarət komandası  

2. Sumqayıt şəhəri 17-ci mikrorayon komandası
3. "Azərikimya" İB-nin komandası

D qrupu1. Corat Bələdiyyəsi
2. "Dalğa" 
3. Sumqayıt Texnologiyalar Parkının komandası

TƏQVİM

30 aprel

18:00 A1 - A3
18:00 B1 - B3
19:00 C1 - C3
19:00 D1 - D3

2 may18:00 A1 - A2
18:00 B1 - B2
19:00 C1 - C2
19:00 D1 - D2

6 may18:00 A2 - A3 

18:00 B2 - B3
19:00 C2 - C3
19:00 D2 - D3

12 may / yarımfinal oyunları18:00 A qrupunun 1-cisi - D qrupunun 1-cisi
18:00 B qrupunun 1-cisi - C qrupunun 1-cisi

14 may 
18:00 3-cü yer uğrunda oyun
19:00 Final qarşılaşması

Qeyd edim ki, Sumqayıt şəhəri 17-ci mikrorayon komandasının təşkilatçı-rəhbəri Emil Maqalovdur.

Комментариев нет:

Отправить комментарий